Azərbaycanın BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasında (ESCAP) daimi nümayəndəsi, eyni zamanda ölkənin Tailanddakı səfiri Elçin Bəşirov Komissiyanın icraçı katibi Armida Salsiya Alişahbana ilə Bakı və ESCAP arasında əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib.
“İki sahil” xəbər verir ki, bu barədə səfirliyin mətbuat xidməti bildirib.
“Azərbaycanın BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasında (ESCAP) daimi nümayəndəsi səfir Elçin Bəşirov ESCAP-ın icraçı katibi xanım Armida Salsiya Alişahbana ilə görüşüb. Görüşdə Azərbaycan və ESCAP arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib”, – diplomatik missiyanın sosial şəbəkə hesabında qeyd olunub.
Xatırladaq ki, Elçin Bəşirov ötən ilin iyulunda Cənub-Şərqi Asiya ölkəsində səfir təyin olunmuşdu.
Slovakiya Prezidenti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
İlham Əliyev Ərdoğana Türkiyədə Demokratiya və Milli Birlik Günü münasibətilə məktub ünvanlayıb