14 yanvar 2025 17:32
131

Qeyri-neft-qaz sektorunun 12 milyard manata yaxın vergi ödəyəcəyi gözlənilir

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə bu il üzrə dövlət büdcəsinə daxil olması proqnozlaşdırılan 15,5 milyard manat vəsaitin 75,3 %-nin və yaxud 11,67 milyard manatının qeyri-neft-qaz, 24,7 %-nin və yaxud 3,83 milyard manatının isə neft-qaz sektorunun payına düşəcəyi gözlənilir.

"İki sahil” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bunlar, 2024-cü illə müqayisədə müvafiq olaraq 18 % çox və 3,6 % azdır.

Bu il qeyri-neft-qaz sektoru üzrə vergi gəlirlərinin qeyri-neft ÜDM-nə nisbəti 12,7 % həddində proqnozlaşdırılır.