Bu ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyədən 28,789 milyon ABŞ dolları dəyərində geyim idxal edib.
“İki sahil” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 26,4 % çoxdur.
Təkcə iyunda Türkiyə Azərbaycana 3,699 milyon ABŞ dolları dəyərində geyim ixrac edib ki, bu da bir il əvvələ nisbətən 32 % çoxdur.
Yanvar-iyun aylarında Türkiyənin geyim ixracının ümumi dəyəri illik müqayisədə 1,6 % azalaraq 7,98 milyard ABŞ dollarına enib, iyunda isə 15,1 % artaraq 1,376 milyard ABŞ dollarına çatıb.
Türkiyədən ən çox geyim idxalını Almaniya 1 milyard 174,11 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 14 % az), Niderland 912,557 milyon ABŞ dolları (- 4,1 %) və İspaniya 851,116 milyon ABŞ dolları (+6,6 %) dəyərində həyata keçirib.
Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb
SOCAR “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını tamamlayıb
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysləri istifadəyə verir: Gündə 4 reys həyata keçiriləcək