Bu ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyədən 268,256 milyon ABŞ dolları dəyərində kimyəvi maddələr və məhsullar idxal edib.
“İki sahil” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 3,3 % çoxdur.
İyunda Türkiyə Azərbaycana 50,821 milyon ABŞ dolları dəyərində kimyəvi maddələr və məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 24,2 % çoxdur.
Yanvar-iyun aylarında Türkiyənin kimyəvi maddələr və məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 8,6 % artaraq 17,101 milyard ABŞ dollarına, iyunda isə 26,8 % artaraq 3 milyard 290 milyon ABŞ dollarına çatıb.
Türkiyədən ən çox idxalı İspaniya 1 milyard 092,12 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 66,1 % çox), İtaliya 1 milyard 053,937 milyon ABŞ dolları (+13,5 %) və ABŞ 725 milyon ABŞ dolları (+26 %) dəyərində həyata keçirib.
Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb
SOCAR “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını tamamlayıb
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysləri istifadəyə verir: Gündə 4 reys həyata keçiriləcək