LUKOIL neft şirkətinin direktorlar şurası şirkətin baş icraçı direktoru Vadim Vorobyovun səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək qərarına gəlib.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, artıq onun yerinə Sergey Koçkurov təyin edilib.
Vadim Vorobyov 2022-ci ilin aprelində LUKOIL şirkətinin rəhbəri vəzifəsinə keçib. Vahid Ələkbərov Böyük Britaniyanın ona qarşı tətbiq etdiyi sanksiyalara görə direktorlar şurasını və şirkətin prezidenti vəzifəsini tərk edib.
Yanvarın 10-da ABŞ Rusiyanın enerji sektoruna, o cümlədən Vorobyova qarşı da sanksiyalar tətbiq edib.
2020-ci ilin iyun ayından Sergey Koçkurov LUKOIL şirkətinin Rusiyada neft və qaz hasilatı üzrə vitse-prezidenti vəzifəsində çalışır. 2016-cı ilin sentyabrından - altıncı çağırış Xantı-Mansiysk Muxtar Dairəsi Dumasının deputatıdır.
Mask ABŞ-ın təkpartiyalı dövlətə çevrilmək təhlükəsi ilə üzləşdiyini bəyan edib
Almaniyada metallurgiya və elektrotexnika sahələrində minlərlə iş yerinin itirilməsi proqnozlaşdırılır
Polşa Cənubi Koreyanın reaktiv yaylım atəş sistemləri üçün raket istehsal edəcək