14 yanvar 2025 14:18
97

Yaşlılarda fiziki aktivlik ürək-damar, tənəffüs sisteminin fəaliyyətini artırır - Fizioterapevt

Yaşlılarda fiziki aktivlik asudə vaxtlarda sağlamlaşdırıcı idman növləri, hərəkətli aktivlik növləri (velosiped və piyada gəzmə), ev işləri, oyunlar, yarışlar, gündəlik fəaliyyət, planlı idman məşqlərindən ibarətdir.

“İki sahil” xəbər verir ki, bu fikirləri  “Sağlam radio”da həkim fizioterapevt Çinarə Hacıyeva açıqlayıb.

Onun sözlərinə görə, bütün yaş qruplarında olduğu kimi yaşlılarda da fiziki aktivlik ürək-damar, tənəffüs sisteminin fəaliyyətini artırmaq, dayaq hərəkət aparatını gücləndirmək, depressiya riskini azaltmaq üçün vacibdir. Fiziki aktivliyin intensivliyi insanın sağlamlıq vəziyyətini və yanaşı xəstəlikləri nəzərə almaqla, həkimin məsləhəti ilə artırılmalıdır. Həftə ərzində 150 dəqiqədən az olmayaraq orta, həftədə 70-75 dəqiqə isə yüksək intensivlikli hərəkətlər yerinə yetirilməlidir”.

Ç.Hacıyeva qeyd edib ki, oturaq həyat tərzi keçirənlər isə yüngül intensivlikli hərəkətlərdən başlamalıdırlar:

“Uzunmüddətli aparılan tədqiqatlar sübut edib ki, fiziki aktivliklə məşğul olan şəxslərdə qocalma daha yavaş gedir, miokard infarkt riski az olur. Buna görə də, yaşlı insanlar gündəlik həyat fəaliyyəti zamanı surətli gəzinti, pilləkənla qalxmaq-enmək, rəqs etmək kimi aktiv hərəkətlərdən istifadə etməlidirlər”.