14 yanvar 2025 13:58
110

Naxçıvanda vergi daxilolmaları 38 %-ə yaxın artıb

2024-cü ildə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 226,6 milyon manatdan çox vergi daxil olub.

"İki sahil" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata əsasən, bu, 2023-cü ilə nisbətən 61,9 milyon manat və ya 37,6 % çoxdur.

Ötən il Naxçıvanda vergi daxilolmaları üzrə proqnoz 130,2 % icra edilib.