14 yanvar 2025 12:49
101

Moskva ilə Vaşinqton arasında heç bir siyasi dialoq yoxdur - PESKOVDAN AÇIQLAMA

Moskva ilə Vaşinqton arasında heç bir siyasi dialoq yoxdur.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib. 

Peskov bildirib ki, ABŞ və Rusiya arasında hərbi və diplomatik xətlər üzrə təmas kanalları mövcuddur.

“Amma bunlar daha çox texniki səviyyədə olan təmaslardır, ən yüksək səviyyədə siyasi dialoq və dialoq olmayıb və yoxdur”.