Böyük Britaniyanın enerji sistemi kritik dərəcədə aşağı qaz ehtiyatları və rekord yüksək sənaye elektrik enerjisi qiymətləri səbəbindən dağılma təhlükəsi ilə üz-üzədir.
“İki sahil” "The Telegraph"a istinadla xəbər verir ki, Centrica şirkəti enerji təchizatını təmin etmək üçün fövqəladə tədbirlər tətbiq edərkən qaz ehtiyatlarının həddən artıq aşağı olması barədə xəbərdarlıq edib.

“Böyük Britaniya hazırda dünyada ən yüksək sənaye elektrik enerjisi qiymətlərinə malikdir və dünyanın ilk on istehsalçısı siyahısından çıxıb və getdikcə daha çox elektrik enerjisi çatışmazlığı riski ilə üzləşir”, - deyə, nəşr yazır.
Materialda göstərildiyi kimi, krallıq hazırda Avropadan elektrik enerjisi idxalına ildə 3 milyard funt sterlinqdən çox pul xərcləyir.

Bundan əvvəl "Ineos"un baş icraçı direktoru Cim Ratcliffe Britaniyanın kimya sənayesinin çöküşün astanasında olduğu barədə xəbərdarlıq etmişdi.
Mask ABŞ-ın təkpartiyalı dövlətə çevrilmək təhlükəsi ilə üzləşdiyini bəyan edib
Almaniyada metallurgiya və elektrotexnika sahələrində minlərlə iş yerinin itirilməsi proqnozlaşdırılır
Polşa Cənubi Koreyanın reaktiv yaylım atəş sistemləri üçün raket istehsal edəcək