13 yanvar 2025 23:52
122

Görüşməyə razıyam, ancaq Kiyevdə - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski Slovakiyanın Baş naziri Robert Fitsonun görüş təklifinə cavab verib.

“İki sahil” xəbər verir ki, bunu Zelenski X sosial şəbəkəsindəki paylaşımında yazıb.

“Görüşməyə razıyam, ancaq bu həftə Kiyevdə. Cümə günü Kiyevə gəlin!”, - deyə Zelenski əlavə edib.

Qeyd edək ki, bu gün Fitso öz “facebook” səhifəsində Zelenskini Slovakiya ərazisində - dövlət sərhədi yaxınlığında görüşə dəvət edib.

Baş nazir Rusiya qazının tranzitinin dayandırılmasını müzakirə etmək istədiyini bildirib. O, həmçinin qeyd edib ki, Rusiya-Ukrayna müharibəsinin bitməsi ilə bağlı fərqli fikir var.

“Mən xaricə etdiyim bütün səfərlərdə hərbi əməliyyatların dərhal dayandırılmasının vacibliyini vurğulayıram, mövcud sülh planlarını dəstəkləyirəm və istənilən səviyyədə sülh danışıqlarının Slovakiyada da keçirilməsini təklif edirəm”, - deyə Fitso bildirib.

Xatırladaq ki, son günlər Ukrayna və Slovakiya liderləri arasında fikir ayrılıqları müşahidə edilir. Xüsusilə, Fitso Rusiya qazının Ukrayna ərazisindən tranzitinin bərpa olunmayacağı təqdirdə sərt tədbirlər görəcəyini bildirib.