“Sumqayıt” klubunun Müşahidə Şurasının növbəti iclası baş tutub.
Klubdan "İki sahil"ə verilən məlumata görə, iclasda komandanın ötən ildə əldə etdiyi uğurlara toxunulub. Daha sonra isə hal-hazırda komandada müvəqqəti baş məşqçisi funksiyasını icra edən Vaqif Cavadovun işi qənaətbəxş hesab olunub və onunla daimi əsaslı müqavilə bağlanılması qərara alınıb. Mütəxəssis qarşıdakı 2,5 il müddətində “kimyaçılar”ın baş məşqçisi təyin olunub.