2024-cü ildə "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 71 milyard 156,813 milyon manat təşkil edib.
"İki sahil” BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə çoxdur.
Son 1 ildə bağlanmış əqdlərin sayı isə 5,6 dəfə artaraq 71 730 olub.
BFB-nin dövriyyəsinin 85,6 %-i və yaxud 60 milyard 922,248 milyon manatı repo əməliyyatlarının payına düşüb. Bu, illik müqayisədə 3,5 dəfə çoxdur.
Hesabat dövründə dövlət qiymətli kağızları üzrə əqdlərin dəyəri 6,4 % azalaraq 7 milyard 864,405 milyon manat, korporativ qiymətli kağızlar üzrə əqdlərin dəyəri isə 53,4 % artaraq 2 milyard 370,16 milyon manat olub.