Niderland millisinin və “Barselona”nın sabiq futbolçusu Patrik Klüyvertin İndoneziya millisinə baş məşqçi təyinatı rəsmiləşib.
“İki sahil” xəbər verir ki, bu barədə İndoneziya Futbol Assosiasiyası məlumat yayıb.
Məlumatda bildirilib: “İndoneziya Futbol Assosiasiyası (PSSI) rəsmi olaraq Patrik Klüyverti İndoneziya millisinin yeni baş məşqçisi təyin edib. Niderlandlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. Sözləşmənin uzadıması imkanı da var. İşlədiyi müddətdə Klüyvertlə köməkçi məşqçilər kimi niderlandlı mütəxəssislər - Aleks Pastor və Danni Landzat çalışacaq. Bundan əlavə, iki yerli - indoneziyalı mütəxəssis onun köməkçisi olacaq”.
Xatırladaq ki, Klüyvertin son iş yeri Türkiyənin “Adana Demirspor” klubu olub. O, bunadək Kurasao millisini də çalışdırıb.
Klüyvert futbolçu karyerası ərzində isə "Ayaks", "Milan", "Barselona", "Nyukasl", "Valensiya", PSV və "Lill"də çıxış edib.