06 yanvar 2025 00:23
131

Almaniyada 1,2 milyondan çox insan pirotexniki vasitələrin qadağan edilməsini istəyir

Almaniyada 1,2 milyondan çox insan pirotexniki vasitələrin qadağan edilməsi tələbi ilə petisiya imzalayıb.

“İki sahil” xəbər verir ki, təşəbbüskar Almaniya Polis Həmkarlar İttifaqının (GDP) Berlin şöbəsi olub.

Sənəddə qeyd olunur ki, bu, Yeni il ərəfəsində yanğınsöndürənlər və polis əməkdaşlarının təhlükəsizliyinin artırılması istiqamətində ilk addımdır.

Xatırladaq ki, yeni il gecəsi təkcə Berlində 37 asayiş keşikçisi yaralanıb ki, onların da bəziləri pirotexniki vasitələrdən istifadə etdiyinə görə olub. 670-ə yaxın cinayət işi açılıb, 400-ə yaxın adam saxlanılıb. Ümumilikdə Almaniyada Yeni il gecəsi pirotexniki vasitələrdən istifadə nəticəsində 5 nəfər ölüb. Berlində mənzillər, avtomobillər və zibil qutuları yanıb.

Məlumata görə, kansler Olaf Şolz və daxili işlər naziri Nensi Feser artıq pirotexniki vasitələrdən istifadəyə ümumi qadağaya qarşı çıxış ediblər.

Məhərrəm Ağalaroğlu, “İki sahil”