05 yanvar 2025 18:40
144

Dənizdə dalğanın hündürlüyü 2.5 metrə çatıb

Bəzi yerlərdə şimal-qərb küləyi arabir güclənib. Küləyin sürəti narıncı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında 23 m/s, sarı xəbərdarlığa uyğun olaraq Neftçalada 20 m/s, Şirvanda 16 m/s-dir.

“İki sahil” xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin yanvarın 5-i saat 17:30-a olan məlumatına əsasən Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 2.5 metrə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 8, Aran rayonlarında 16, Naxçıvan MR-da və dağlıq rayonlarda 8 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 4 dərəcəyədək şaxta qeydə alınıb