AZAL-a aid təyyarənin qəzasının araşdırılması üzrə komissiya üzvləri yaxın vaxtlarda Astanaya gələcək və Braziliyada deşifrə olunmuş “qara qutu”ların yazılarını öyrənməyə başlayacaq.
“İki sahil” Qazaxıstan Nəqliyyat Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, ekspertlər gəldikdən dərhal sonra “qara qutu”ların deşifrə edilmiş məlumatlarını öyrənməyə başlayacaqlar.
Braziliya mediasının məlumatına görə, Aviasiya Hadisələrinin Araşdırılması və Qarşısının Alınması Mərkəzi (CENIPA) Braziliyada “qara qutu”ların təhlilini başa çatdırıb.
Qurum müvafiq məlumatları Qazaxıstana göndərib.
Xatırladaq ki, AZAL-a məxsus və Bakı-Qroznı reysi ilə uçan sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.