04 yanvar 2025 01:28
155

Qəzzada daha bir jurnalist öldü

İsrail ordusunun Qəzza zolağına hücumları nəticəsində daha bir fələstinli jurnalist həyatını itirib.

“İki sahil” xəbər verir ki, hökumətin Qəzzadakı Media Ofisi İsrail ordusunun Qəzzada müxtəlif xəbər agentliklərində operator işləyən jurnalist Ömər Salah əl-Deyravinin evinə hava hücumu təşkil etdiyi barədə məlumat yayıb.

Qeyd edilib ki, Deyravi, anası və atası Qəzzanın mərkəzindəki Əl-Zəvayidə bölgəsindəki evinin bombalanması nəticəsində öldürülüb.

Məlumata görə, Qəzza zolağında hərbi əməliyyatlar başlayandan (2023-cü il oktyabrın 7-dən) indiyədək ölən jurnalistlərin sayının 202-yə yüksəlib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”