Türkiyənin Xarici İşlər Nazirliyi ötən gün Pakistanın Turbat şəhərində törədilən terror aktını kəskin şəkildə pisləyib.
“İki sahil” xəbər verir ki, açıqlamada Türkiyənin Pakistanın terrorla mübarizəsinə dəstəyini davam etdirəcəyi bildirilib.
Pakistanda partlayış törədildi - 5 nəfər ölüb, 32 nəfər yaralanıb
Xatırladaq ki, Pakistanın Bəlucistan əyalətinin Turbat şəhərində sərnişin avtobusunda baş verən partlayış nəticəsində azı 4 nəfər ölüb, 5-i ağır olmaqla 32 nəfər yaralanıb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”