02 yanvar 2025 17:30
174

Azərbaycanla Böyük Britaniya arasında ticarət dövriyyəsi azalıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanla Böyük Britaniya arasında ticarət əməliyyatlarının həcmi 641 milyon ABŞ dolları təşkil edib.

Bu barədə "İki sahil" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 117,2 milyon ABŞ dolları və ya 15,5% azdır.

Hesabat dövründə Böyük Britaniya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 1,49%-i həcmində olub.

Ötən ilin 11 ayında Azərbaycan Böyük Britaniyaya 401,3 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 45,2 milyon ABŞ dolları və ya 10,1% azdır. Dövr ərzində Böyük Britaniya ilə ixrac əməliyyatları ölkənin ümumi ixracının 1,65%-ni təşkil edib.

2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycan Böyük Britaniyadan məhsul idxalını illik müqayisədə 72 milyon ABŞ dolları və ya 23,1% azaldaraq, 239,7 milyon ABŞ dollarına çatdırıb. Dövr ərzində Böyük Britaniya ilə idxal əməliyyatları ölkənin ümumi idxalının 1,28%-ni təşkil edib.