Türkiyənin Gənclər və İdman Nazirliyi Sarıqamış hərəkatının 110-cu ildönümündə Sarıqamış şəhidlərini anmaq üçün yürüş təşkil edəcək.
“İki sahil” xəbər verir ki, Sarıqamış şəhidləri nazirliyin təşkilatçılığı ilə, “Bu torpaqda icazə var”, şüarı ilə təşkil olunacaq tədbirlərlə anılacaq.
Məlumata görə, nazirliyin hər il təşkil etdiyi Sarıqamış Şəhidlərini Anma Proqramı 3-5 yanvar tarixlərində gənclər və idman naziri Osman Aşkın Bakın iştirakı ilə keçiriləcək.
Bildirilib ki, nazir yanvarın 3-də, yerli vaxtla saat saat 08.50-də Ankara Vağzalından Sarıqamış Ekspresi ilə gənclərlə yanaşı, şəhid və qazi övladlarından ibarət qrupla Qarsa yola düşəcək.
Məhərrəm Ağalaroğlu, “İki sahil”