03 yanvar 2025 22:03
271

Hərəkətdə olan taksidə uşaq dünyaya gətirdi

Bursanın (Türkiyə) Nilüfer rayonunda əcnəbi hamilə qadın xəstəxanaya getmək üçün mindiyi taksidə doğum edib.

“İki sahil” DHA-ya istinadla xəbər verir ki, ana və körpənin vəziyyətinin yaxşı olduğu bildirilir.

57 yaşlı taksi sürücüsü Derya Aytekin hadisədən danışarkən deyib: “Yolda hərəkətdə olarkən arxaya baxanda gördüm ki, körpə doğuldu. Mən həyatımda belə bir şey görməmişəm".

Məlumata görə, hadisə yerli vaxtla saat 06:00 radələrində Nilüfer rayonunda, Uludağ Universiteti şəhərciyinin yaxınlığındakı taksi dayanacağında baş verib. Şəxsi avtomobildə iki nəfər tərəfindən dayanacağa gətirilən əcnəbi cütlük taksi sürücüsündən təcili olaraq Bursa Şəhər Xəstəxanasına aparılmasını istəyib. Aytəkin cütlüyü tez bir zamanda təcili yardım şöbəsinə çatdırmağa çalışarkən, əcnəbi qadın taksi hərəkətdə olarkən körpəsini arxa oturacaqda dünyaya gətirib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”