01 yanvar 2025 20:37
140

Seneqal bu il Fransa qoşunlarını ölkədən çıxaracaq

Seneqal prezidenti Bassirou Diomaye Faye ölkədəki bütün xarici hərbi mövcudluğun bu il bitəcəyini bəyan edib.

“İki sahil” xəbər verir ki, prezident Faye yeni il üçün milli müraciət çıxışında ölkənin gündəliyi ilə bağlı açıqlamalar verdi.

Seneqalın müstəqil ölkə olduğuna diqqət çəkən Faye, müstəqil ölkədə heç bir xarici əsgərin olmaması lazım olduğunu bildirib: "Mən Silahlı Qüvvələr Nazirinə 2025-ci ilə qədər ölkədə bütün xarici hərbi mövcudluğun dayandırılmasına imkan verəcək yeni doktrina hazırlamağı tapşırmışam".

Seneqal prezidenti daha əvvəl ölkədəki Fransa hərbi bazasının bağlanmalı olduğunu desə də, tarix açıqlamamışdı.

Qeyd edək ki, Seneqalda yalnız Fransanın daimi hərbi bazası və təxminən 350 əsgəri var.

Məhərrəm Ağalaroğlu, “İki sahil”