30 dekabr 2024 10:58
175

Qızıl bahalaşıb

Birjalarda qızıl yenidən bahalaşmağa başlayıb.

“İki sahil” xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fevral fyuçerslərinin qiyməti 0,08% və ya 2,1 dollar artaraq 2,634.00 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə mart fyuçerslərinin qiyməti isə 0,06% və ya 0,02 dollar azalaraq 29,95 ABŞ dollarına bərabər olub.