29 dekabr 2024 15:49
156

Cənubi Koreyada matəm elan edilib

Cənubi Koreya prezidentinin vəzfəsini icra edən baş nazirin müavini Çoi Sanq-mok Muanda baş verən təyyarə qəzası ilə əlaqədar ölkədə matəm elan edib.

“İki sahil” xəbər verir ki, bu barədə RT məlumat yayıb.

“Bu faciədə həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı veririk”- deyə, o, qeyd edib.

Siyasətçi dekabrın 29-dan etibarən 7 günlük milli matəm elan edib.