28 dekabr 2024 19:44
117

PKK-nın Suriyaya sığınmasına icazə verilməyəcək - Fidan

Suriyada sabitliyin təmin edilməsi və keçid dövrünün nizamlı şəkildə başa çatdırılması üçün bu ölkənin yeni administrasiyası ilə əməkdaşlıq vacibdir.

“İki sahil” Tükiyə KİV-ə istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan amerikalı həmkarı Antoni Blinkenlə telefon danışığı zamanı deyib.

Fidan Suriyanın yeni rəhbərliyinin ölkənin ərazi bütövlüyü və təhlükəsizliyinin təmin edilməsi istiqamətindəki səylərini dəstəklədiklərini bildirib.

Onun sözlərinə görə, PKK/YPG terror təşkilatının Suriyaya sığınmasına icazə verilməyəcək.

Bununla yanaşı, o, Qəzzada daimi atəşkəsin təmin edilməsi üçün daha çox səy göstərilməli olduğunu bəyan edib.