Cənubi Koreyanın Muan hava limanında qəzaya uğrayan təyyarə quş sürüsü ilə tqquşma riski barədə xəbərdarlıq etdikdən sonra həyəcan siqnalı verib.
“İki sahil” xəbər verir ki, TASS bu barədə Cənubi Koreya mətbuatına istinadən xəbər verib.
Cənubi Koreyanın İctimai Ərazilər, İnfrastruktur və Nəqliyyat Nazirliyi bildirib ki, enişdən əvvəl idarəetmə qülləsi quşlarla toqquşma təhlükəsi barədə xəbərdarlıq göndərib.
"Pilot dərhal bundan sonra həyəcan siqnalı verib" - deyə, məlumatda qeyd edilir.
Nazirlikdən əlavə ediblər ki, həyəcan siqnalından sonra eniş cəhdi üçün təxminən iki dəqiqə vaxt qalıb.