Gürcüstanın yeni seçilmiş prezidenti Mixail Kavelaşvili andiçmə mərasimindən sonra prezident sarayında işə başlayacaq.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirib.
“Zurabişvili bu binanın varisi olub. O, gürcü xalqına və onun prezidentinə məxsusdur”, - TASS onun sözlərini sitat gətirib.
Gürcüstanın hazırkı prezidenti Salome Zurabişvili bir müddət əvvəl tərəfdarları qarşısında keçirilən mitinqdə Mixail Kavelaşvili vəzifəyə gəldikdən sonra prezident sarayını tərk edəcəyini bildirmişdi.