24 oktyabr 2024 16:59
77

“Yurdum” sosial eko-kənd layihəsi çərçivəsində məhsul festivalı keçirilib

"Humayun" sosial problemlərin həllinə kömək ictimai birliyi tərəfindən həyata keçirilən ""Yurdum" sosial eko-kənd" layihəsinin icrası davam edir.

Layihə çərçivəsində 24 oktyabr 2024-cü il tarixində "Məhsul festivalı " keçirilib.

Qeyd edək ki, ""Yurdum" sosial eko-kənd layihəsi hal-hazırda Bakıda sosial terapevtik icma kimi əlilliyi olan şəxslərin cəmiyyətə adaptasiyasına dəstək göstərir.

Festival zamanı mövsümə uyğun tərəvəz və meyvələrdən qışa tədarük məqsədilə turşu və kompotlar hazırlanıb.  Sonda isə fəslin ritmini hiss etmək məqsədilə mövsümi tərəvəz və meyvələrdən ibarət hazırlanmış dekorasiya küncündə benefisarlar üçün fotosessiya təşkil olundu.

Layihə meneceri Vəfa Xəlilova bildirir ki, "Yurdum"da hər bir gənc öz imkanları daxilində bacardığı qədər birliyə töhfə verir.

  Biz hər bir fərdin öz potensialını üzə çıxara biləcəyi və mənalı bir həyat yaşaya biləcəyi bir mühit yaratmağa çalışırıq. Qarşılıqlı dəstək və bir-birinə hörmətin şəfa və inkişaf üçün sağlam mühit yaratdığına inanırıq. Bununla da bu bizə hər gün bir-birimizlə, fəsillər boyu, həyatın axışı ilə ritmdə çiçəklənməyə və böyüməyə imkan verir.

"Humayun" sosial problemlərin həllinə kömək ictimai birliyinin sədri  Firəngiz Hüseynova bildirib ki, "Yurdum"un məhdudiyyətlərdən asılı olmayaraq, hər kəsin özünə məşğuliyyət tapa, yeni nələrsə öyrənə, özlərini faydalı hiss edə və inkişaf edə biləciyi bir sosial mühit mövcuddur.

"Bu bir insanın özünü daha böyük bir cəmiyyətin hissəsi sayması üçün vacibdir"-deyə, o, bildirib.