Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Şamax-Yevlax avtomobil yolunun Ağsu rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
“İki sahil” xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ağsu Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “İsuzu” markalı yük avtomobilinin idarəetməni itirərək yol kənarına aşması nəticəsində yol qəzasının baş verdiyi və sürücünün deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1994-cü il təvəllüdlü Xəlilov Kamran Arif oğlunu xilas ediblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
NİİM avtomobil idarə edərkən TikTok-da canlı yayım açan sürücülərə müraciət edib
Azərbaycan nümayəndə heyəti Antalyada COP31-in rəsmi tədbirlərində iştirak edir
FHN: Qeyri-iş günləri ərzində 72 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib