27 dekabr 2024 12:23
110

Xərçənginin müalicəsi üçün dərman preparatı qeydə alınıb

Rusiyada prostat xərçənginin müalicəsi üçün yerli xammal əsasında hazırlanmış “Rakurs (223Ra)” preparatı qeydiyyata alınıb.

“İki sahil”  RT-yə istinadla xəbər verir ki, bu barədə Federal Tibbi və Bioloji Agentliyin Telegram kanalından məlumat verilib.

Bu dərmanın ikili təsirə malik olduğu qeyd olunur.

Dərman sümük metastazlarını məhv edir, prostat xərçəngi diaqnozu qoyulmuş bir insanın ömrünü uzatmağa imkan verir.

Bundan əlavə, radium-223 ağrıya təsir edir və ağrıkəsicilərin istifadəsindən imtina etməyə imkan verir.