“Sübutlar Qazaxıstanda qəzaya uğrayan Azərbaycan Hava Yollarının təyyarəsinin Rusiya tərəfindən vurulduğunu göstərir”.
“İki sahil” xəbər verir ki, bunu Ağ Evin sözçüsü Con Kirbi jurnalistlərə açıqlamasında deyib.
“Bu təyyarənin Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulması ehtimalına işarə edən bəzi ilkin əlamətlər müşahidə etmişik”.
Kirbi bildirib ki, ABŞ hökuməti Qazaxıstan və Azərbaycan rəsmilərinə istintaqda kömək etməyi də təklif edib.