İzmirdə (Türkiyə) sosial mediada terror təşkilatlarının təbliğatı apardığı iddia edilən 5 şübhəli saxlanılıb.
“İki sahil” xəbər verir ki, İzmir Respublika Baş Prokurorluğunun koordinasiyasında Vilayət Jandarma Komandanlığının Terrorla Mübarizə Şöbə Müdirliyinə bağlı qruplar sosial mediada DHKP/C, THKP/C, THKO və TKP/ML terror təşkilatlarının təbliğatını aparan 5 şübhəlinin tutulması üçün əməliyyat təşkil edib.
Əməliyyatda bütün şübhəlilər saxlanılıb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”