Azərbaycan Mərkəzi Bankı (AMB) “PashaPay”, “PulPal” və "K Group" elektron pul təşkilatlarına icrası məcburi göstəriş verib.
"İki sahil" bu barədə AMB-yə istinadən xəbər verir.
Qeyd edilib ki, “PashaPay” MMC fərdi məlumatların işlənilməsi və mühafizəsi ilə bağlı tələblərin pozuntusu hallarının aradan qaldırılması ilə bağlı, “PulPal” MMC ödəniş xidməti istifadəçilərindən ödəniş əməliyyatlarının aparılması üçün qəbul edilmiş pul vəsaitinin təhlükəsizliyinin təmin edilməsinə dair tələblərin pozuntusu hallarının aradan qaldırılması ilə bağlı, " K Group" MMC-yə isə emissiya olunan elektron pulların istifadəsi, o cümlədən istifadəçilər tərəfindən elektron pulların qalıq dəyəri barədə məlumatların əldə edilməsi imkanının təmin olunmamasına görə müvafiq pozuntu hallarının aradan qaldırılması ilə bağlı icrası məcburi olan göstəriş verilib.