25 dekabr 2024 20:06
112

“TikTok”-da yarış təşkil edən Azər Zahid və digər 3 nəfər həbs edilib

DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən “TikTok” əməliyyatlarında saxlanılan 4 nəfər həbs edilib.

“İki sahil” xəbər verir ki, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, internetdə onlayn qumar oyunları təşkil etmə maddələri ilə Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Cinayət işi üzrə həmin əməllərdə təqsirli olan Azər Zahid və onun köməkçisi Rövşən Təhməzov, Emin və Rəşad Abdullayev qardaşları həbs ediliblər.

İstintaq tədbirləri davam etdirilir.