Qəzaya uğrayan təyyarədən sağ-salamat xilas ola bilənlərdən biri də bələdçi Zülfüqar Əsədovdur.
“İki sahil” xəbər verir ki, onun ailəsi xəbəri eşidəndə şok keçirdiklərini bildirib. Lakin ailə başçısı ilk fürsətdə onlarla əlaqə saxlayıb, yaxşı olması barədə məlumat verib.
Zülfüqar Əsədovun oğlu deyib ki, atası başından, belindən, böyrəyindən xəsarətlər alıb.
Qeyd edək ki, Zülfüqar Əsədov otuz ildən çoxdur ki, aviasiya sahəsində çalışır.
Daha ətraflı İTV-nin süjetində: