26 dekabr 2024 19:18
114

Sağ qalanlardan 7 nəfər Bakıya gətirilib

Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus təyyarədə sağ qalan sərnişinlərdən 7 nəfər Bakıya gətirilib.

“İki sahil” xəbər verir ki,  bunu "Report"a AZAL-ın prezidenti Samir Rzayev bildirib.

Onun sözlərinə görə, ağır vəziyyətdə olan sərnişinlər FHN-nin amfibiya tipli təyyarəsi ilə ölkəyə gətirilərək təcili yardım maşınları ilə xəstəxanaya çatdırılacaq.