25 dekabr 2024 19:12
116

Təyyarə qəzasında xəsarət alan Rusiya vətəndaşları Moskvaya aparılacaq

Qazaxıstanda təyyarənin qəzaya uğraması nəticəsində xəsarət alan Rusiya vətəndaşları İl-76 təyyarəsi ilə Moskvaya aparılacaq.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.

Bununla bağlı qərar Rusiya Prezidenti Vladimir Putinin göstərişi və fövqəladə hallar naziri Aleksandr Kurenkovun tapşırığı əsasında qəbul edilib.

"Rusiya FHN-in xüsusi təyyarəsi Moskvadan Aktauya uçub və Bakıdan Qroznıya uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alan Rusiya vətəndaşlarının tibbi təxliyəsini həyata keçirəcək", - məlumatda qeyd olunub.

Nazirliyin məlumatına görə, xəsarət alanları Rusiya FHN-in "Tsentrospas" dəstəsinin həkimləri, Rusiya FHN-in Təcili Psixoloji Yardım Mərkəzinin psixoloqları və Rusiya Səhiyyə Nazirliyinin mütəxəssislər qrupu müşayiət edəcək.