Azərbaycan və İran hökumətləri arasında hərbi sahədə əməkdaşlıq haqqında Sazişə əsasən oktyabrın 3-də Azərbaycan Hərbi Dəniz Qüvvələrinin G-122 və G-124 gözətçi gəmiləri İran İslam Respublikasına dostluq səfərinə gedib.
Müdafiə Nazirliyindəın verilən məlumata görə, oktyabrın 7-dək davam edəcək səfər çərçivəsində hərbi dənizçilərimizin İranın Xəzər dənizindəki hərbi dəniz komandanlığı ilə görüşü, Ənzəli şəhərindəki dəniz bazasına ziyarəti və bir sıra digər tədbirlərdə iştirakı nəzərdə tutulub.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub