Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sifarişi ilə "Bakı Gəmiqayırma Zavodu" MMC-də (BGZ) inşa olunan Ro-Pax tipli sərnişin, avtomobil və dəmiryolu vaqonları daşıyan bərə-gəminin baş mühərriklərinin quraşdırılması başa çatıb.
“İki sahil” xəbər verir ki, bu barədə ASCO məlumat yayıb.
Bildirilib ki, bundan başqa, gəminin gövdə hissəsi üzrə işlərin 80 %-i tamamlanıb. Gəmi üzrə boru, elektrik, havalandırma və digər sahələrlə bağlı işlər layihə planına uyğun davam edir.
Bu, ASCO-nun sifarişi ilə BGZ-də tikilən sayca üçüncü Ro-Pax tipli gəmidir. Bundan öncə inşa edilərək təhvil verilən eynitipli “Azərbaycan” və “Zərifə Əliyeva” gəmiləri hazırda Orta Dəhliz üzrə yükdaşımaların həyata keçirilməsində uğurla istismar olunur.
Çinlə genişlənən iqtisadi əməkdaşlıq Azərbaycana hansı dividendləri qazandırır?
“AzerGold” QSC-də Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru ilə görüş keçirilib
Ağdərə rayonunda məskunlaşma olan yaşayış məntəqələri telekommunikasiya xidmətləri ilə təmin edilib