19 dekabr 2024 11:34
289

Müşfiq Məmmədli Xızıda seçicilərlə görüş keçirdi

55 saylı Siyəzən-Quba-Xızı Seçki Dairəsindən deputat seçilən Müşfiq Məmmədli Xızı rayonunda bir qrup seçicilərlə görüş keçirib.

“İki sahil” xəbər verir ki, sakinlər onları narahat edən mövzularla bağlı müxtəlif müraciətlər ediblər. Vətəndaşlar dinlənildikdən sonra qaldırdıqları məsələlər barədə qeydiyyat aparılıb. Görüşdə kənd həyatı, sakinlərin qayğıları və istəkləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Yeni Yaşma kəndində keçirilən qəbulda Xızı rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, həmçinin rayon idarə rəhbərləri iştirak ediriblər.