22 aprel 2026 09:07
142

Kardiologiya İnstitutunun direktoru “Erkən kəsimə son!” layihəsinə qoşulub - Video

Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor, tibb elmləri doktoru Gülnaz Dadaşova Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən “Erkən kəsimə son!” layihəsinə qoşulub. 
“İki sahil” xəbər verir ki, Gülnaz Dadaşova müraciətində bildirib ki, erkən kəsimin tibbi baxımdan üstünlüyü barədə formalaşan bəzi yanlış fikirlər elmi əsaslara söykənmir: “Körpə quzu əti ilə qoyun əti qırmızı ət kateqoriyasına daxildir və zülal mənbəyidir. Lakin bəzən körpə quzu ətinin guya daha faydalı və ya müalicəvi əhəmiyyət daşıdığı barədə yanlış təsəvvür formalaşdırılır. Bu yanaşmanın heç bir elmi əsası yoxdur.”
O, qeyd edib ki, qırmızı ətin həddindən artıq istehlakı xüsusilə risk qrupunda olan insanlar üçün təhlükə yarada bilər: “Hipertoniya və ürək-damar xəstəlikləri riski olan şəxslərdə qırmızı ətin, o cümlədən quzu ətinin normadan artıq istifadəsi ciddi ağırlaşmalara səbəb ola bilər. Bu baxımdan erkən kəsimə yox demək vacibdir.”