"Kapital Bank" ASC-nin rəhbərliyində dəyişiklik olub.
“İki sahil” xəbər verir ki, Müşahidə Şurasının üzvü Rauf Yusif oğlu Hacıyev bankdan ayrılıb.
Həmçinin, səhmdarların qərarına əsasən Marey Aleksey Aleksandrviç "Kapital Bank"ın Müşahidə Şurasına müstəqil üzv seçilib.
Bununla da, Bankın Müşahidə Şurasının tərkibi sədr və müstəqil üzvlə birlikdə beş nəfərdən ibarət olub.
Xatırladaq ki, “Kapital Bank” 2004-cü ildə Birləşmiş Universal Səhmdar Bankının (“BUS Bank”) bazasında yaradılıb. Onun nizamnamə kapitalı 265,9 milyon manatdır. Bankın əsas səhmdarı daxil olduğu “PAŞA Holdinq” MMC-dir./apa/
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır