Ermənistanın Azərbaycana qarşı ərazi iddiası yoxdursa, ATƏT-in Minsk qrupunun saxlanılmasına təkid etməməlidir.
“İki sahil” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Bakıda "Azərbaycan-Ermənistan arasında sülh sazişinə başlıca maneə" mövzusunda keçirilən beynəlxalq konfransda jurnalistlərin suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, Ermənistan Konstitusiyasında dəyişiklik edilməsi zəruridir: "Bu, dünya təcrübəsində də var. Şimali Makedoniya və Yunanıstan arasındakı mübahisəli məsələ də konstitusiya dəyişikliyi ilə həll olundu. Ona görə də Azərbaycanın tələbi normaldır".
F.Şəfiyev bildirib ki, Ermənistan Azərbaycana qarşı ərazi iddiasının olmadığını iddia edir: "Amma digər tərəfdən də Maltada ATƏT-in Minsk qrupunun saxlanılmasına təkid edir. Əgər ərazi iddiası yoxdursa, belə bir qrupun niyə fəaliyyətini davam etdirməsini istəyir? Ona görə də Ermənistan sülh istəyirsə, bunu sənədlə sübut etməlidir".
Sergey Lavrov: Azərbaycan Xəzər dənizinin dayazlaşması problemi ilə bağlı Rusiyanın təkliflərini dəstəkləyir
Prezident gömrük rüsumundan azad edilən hüquqi şəxslərin siyahısının genişləndirilməsini təsdiq edib
Ceyhun Bayramov: Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoyub, münasibətlər tam normallaşıb