Ermənistanın delimitasiya prosesində iştirakı öz Konstitusiyasına ziddir. Delimitasiya əsas vermir ki, sülh müqaviləsi imzalansa Ermənistan buna əməl edəcək.
“İki sahil” xəbər verir ki, bu sözləri ADA Universitetinin Hüquq fakültəsinin dekan müavini Cavid Qədirov “Azərbaycan ilə Ermənistan arasında sülh sazişinə başlıca maneə” adlı beynəlxalq konfransın "Ermənistan Konstitusiyası və qanunlarında sülh müqaviləsinə əngəllər" mövzusunda keçirilən panel müzakirələrində söyləyib.
O bildirib ki, Ermənistan Konstitusiyasının preambulasında ərazi iddiaları çox güman ki, “fundamental qayda” kimi təsnif edilir. Sülh müqaviləsi isə öhdəliklərlə potensial ziddiyyətlər yaradır. Hazırda ərazi iddiaları çıxarılmayıb və Ermənistanın qanunvericiliyində mərkəz olaraq qalır.
Sergey Lavrov: Azərbaycan Xəzər dənizinin dayazlaşması problemi ilə bağlı Rusiyanın təkliflərini dəstəkləyir
Prezident gömrük rüsumundan azad edilən hüquqi şəxslərin siyahısının genişləndirilməsini təsdiq edib
Ceyhun Bayramov: Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoyub, münasibətlər tam normallaşıb