Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin xarici işlər naziri Gideon Saar ilə ikitərəfli əlaqələri müzakirə edib.
“İki sahil” xəbər verir ki, bu barədə İsrail XİN-in Avrasiya və Qərbi Balkan şöbəsinin rəhbəri Liat Vekselman məlumat verib.
L.Vekselman qeyd edib ki, tərəflər Yaxın Şərq və Qafqaz regionunda cərəyan edən son hadisələri, regional təhlükəsizliyi və İsraillə Azərbaycan arasında ikitərəfli möhkəm münasibətləri müzakirə ediblər.
Sergey Lavrov: Azərbaycan Xəzər dənizinin dayazlaşması problemi ilə bağlı Rusiyanın təkliflərini dəstəkləyir
Prezident gömrük rüsumundan azad edilən hüquqi şəxslərin siyahısının genişləndirilməsini təsdiq edib
Ceyhun Bayramov: Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoyub, münasibətlər tam normallaşıb