Hazırda Azərbaycanın üç xarici ölkədə Liviya və Suriyada səfirlikləri, həmçinin Ukraynanın Odessa şəhərindəki baş konsulluğu fəaliyyət göstərmir.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov komitənin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə birgə keçirilən iclasında “Diplomatik xidmət haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, 2001-ci ildə "Diplomatik xidmət haqqında" qanun qəbul ediləndə Azərbaycanın təxminən 40-a yaxın diplomatik missiyası var idi:
“Bu gün isə 71 səfirlik, 5 daimi nümayəndə, Fələstində 1 təmsilçilik ofisi və 15 konsulluğumuz fəaliyyət göstərir”.
Şimali Kipr parlamentinin sədri: Türkiyə və Azərbaycan liderlərinin baxışı öz bəhrəsini verir
ABŞ-da 907-ci düzəlişin ləğvi və Azərbaycana qırıcı təyyarələrin satışı çağırışı edilib
Sergey Lavrov: Azərbaycan Xəzər dənizinin dayazlaşması problemi ilə bağlı Rusiyanın təkliflərini dəstəkləyir