İsveçrənin Lozanna şəhərində Beynəlxalq Gimnastika Federasiyası tərəfindən 2025-2028-ci illər Olimpiya dövrünü əhatə edən qitələrarası hakimlik kursları keçirilib.
“İki sahil” xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, kurslarda Azərbaycanın fərdi proqram və qrup hərəkətləri üzrə bədii gimnastika hakimləri də iştirak ediblər.
Nigar Abdusalimova (fərdi və qrup hərəkətləri proqramı üzrə), Yevgeniya Vilyayeva (qrup hərəkətləri və fərdi proqram üzrə) 1-ci və 2-ci kateqoriyaya, Səbinə Hacıyeva 2-ci kateqoriyaya (fərdi proqram üzrə), Vəfa Bəkərova isə (qrup hərəkətləri proqramı üzrə) 3-cü kateqoriyaya yiyələniblər.
Bununla da Azərbaycan hakimləri bədii gimnastika tarixində ilk dəfə I kateqoriyaya layiq görülüblər.
Rəşad Nəbiyev dünya çempionatında iştirak edən cüdoçuların çıxışını yüksək qiymətləndirib
Voleybol Federasiyasının prezidenti Şahin Bağırov Gürcüstan Voleybol Federasiyasının prezidenti David Tevzadze ilə görüşüb
UEFA Çempionlar Liqası: "Sabah" və "Borussiya" komandalarının start heyətləri açıqlanıb