Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan ölkələr İraqda səfirlik açmalıdır.
“İki sahil” xəbər verir ki, bunu İraq Nümayəndələr Şurasının İnsan hüquqları komitəsinin sədri Ərşad Salehi Bakıda keçirilən “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransında deyib.
Onun sözlərinə görə, İraqın TDT-də müşahidəçi kimi iştirakı da vacibdir:
“Ortaq mirasımız olan Məhəmməd Füzuli bu dəyərlərin ən gözəl salnamələrindən biridir. Biz Füzulinin Kərbəlada olan məzarının bərpasına çalışacağıq. TDT-nin digər üzv dövlətlərinə səslənirəm: siz də Azərbaycan kimi İraqda səfirlik açın”.
Şimali Kipr parlamentinin sədri: Türkiyə və Azərbaycan liderlərinin baxışı öz bəhrəsini verir
ABŞ-da 907-ci düzəlişin ləğvi və Azərbaycana qırıcı təyyarələrin satışı çağırışı edilib
Sergey Lavrov: Azərbaycan Xəzər dənizinin dayazlaşması problemi ilə bağlı Rusiyanın təkliflərini dəstəkləyir