Biz bu gün Azərbaycan Milli Məclisinin yaradılmasının 106-cı ildönümü münasibətilə buradayıq. Biz “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda keçiriləcək beynəlxalq parlament konfransında Türkiyə Böyük Millət Məclisi adından çox böyük heyətlə iştirak edəcəyik. Demək olar ki, bütün siyasi partiyalarımızı təmsil edən nümayəndə heyəti ilə buradayıq.
“İki sahil” xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay söyləyib.
O bildirib ki, Azərbaycan və Türkiyə yaxşı gündə də, pis gündə də həmişə bir yerdə olan iki qardaşdır. Bu, 1918-ci ildən başlayan prosesdir. O gündən bu günə qədər bütün taleyimiz birdir. Bu torpaqlar türk millətinin yaşadığı yerdir.
"Bu gün inkişaf edən Azərbaycan var. 1918-ci ilin mayın 28-də Azərbaycan müstəqilliyini elan etdikdən sonra bolşeviklərin, ingilislərin və ermənilərin işğalına qarşı mübarizə aparmaq üçün Nuri Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu Azərbaycanda idi",- deyə F. Oktay vurğulayıb.
Şimali Kipr parlamentinin sədri: Türkiyə və Azərbaycan liderlərinin baxışı öz bəhrəsini verir
ABŞ-da 907-ci düzəlişin ləğvi və Azərbaycana qırıcı təyyarələrin satışı çağırışı edilib
Sergey Lavrov: Azərbaycan Xəzər dənizinin dayazlaşması problemi ilə bağlı Rusiyanın təkliflərini dəstəkləyir