Prezident İlham Əliyev Avropa Komissiyasının (AK) Prezidenti Ursula fon der Lyayeni yenidən bu vəzifəyə seçilməsi münasibəti ilə təbrik edib.
“İki sahil” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Təbrikdə deyilir:
"Avropa Komissiyasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.
Azərbaycan ilə Avropa İttifaqı arasında iqtisadi-ticari, nəqliyyat-kommunikasiya, təhlükəsizlik, xüsusilə də strateji xarakter daşıyan və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində vacib rol oynayan enerji sahəsində səmərəli tərəfdaşlıq əlaqələri mövcuddur.
Əminəm ki, Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın qarşılıqlı hörmət və bərabər hüquqlar əsasında hərtərəfli inkişafı istiqamətində bundan sonra birgə səylər göstərəcəyik.
Sizə ən xoş arzularımı çatdırır, Avropa Komissiyasının yeni tərkibdə qarşıdakı fəaliyyətinə uğurlar diləyirəm".
Şimali Kipr parlamentinin sədri: Türkiyə və Azərbaycan liderlərinin baxışı öz bəhrəsini verir
ABŞ-da 907-ci düzəlişin ləğvi və Azərbaycana qırıcı təyyarələrin satışı çağırışı edilib
Sergey Lavrov: Azərbaycan Xəzər dənizinin dayazlaşması problemi ilə bağlı Rusiyanın təkliflərini dəstəkləyir